ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp müsahibəsində kobud səhvə yol verib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, amerikalı lider Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə Avropa İttifaqının sədri Donald Tusku səhv salıb.

D.Tramp “Bild”ə müsahibəsi zamanı Avropa Birliyinin rəhbərinin ona zəng etdiyini və telefonla danışdıqlarını deyib. O, jurnalistin “Cənab Jan-Klod Yunker?” sualına “Bəli, zəng edib ki, məni qələbə münasibətilə təbrik etsin”, – deyib.

“Welt” qəzeti isə yazır ki, əslində, Donald Tramp heç vaxt Yunkerlə telefon danışığı aparmayıb.