İspaniyanın “Barselona” klubu və Argentina millisinin futbolçusu Lionel Messi “Real Madrid”in lideri Kriştianu Ronaldoya münasibətindən danışıb. “Report”un məlumatına görə, Messi Ronaldo ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib.

Onun fikrincə, portuqaliyalı hücumçu dahi oyunçudur və çox şeyə nail olub. Lakin 30 yaşlı qolçu motivasiyasının klubu və ölkəsi üçün kuboklar qazanmaqdan ibarət olduğunu vurğulayıb: “Mən heç vaxt keçmiş uğurlarıma boylanmamışam. Ola bilsin, bunu karyeramı bitirdikdən sonra edəcəyəm. Lakin hazırda yalnız irəli baxır və yeni qələbələrə can atıram”.

Qeyd edək ki, Lionel Messi ilə Kristiano Ronaldo arasında münasibətlərin qaydasında olmadığına dair iddialar dəfələrlə səsləndirilib.