Abdiyev Həmid İntiqam oğlu. Bu şəxsi Suraxanı RPİ nin əməkdaşları axtarış nəticəsində həbs ediblər. AzEuroNews.com-un məlumatına görə, 3 aydan yuxarı axtarışda olan Abdıyev dələduzluqda ittiham olunur. Ötən ildən istintaqdan yayınan 1980 -ci il təvəllüdül Həmid Abdıyev CM 178.3. -ci ( dələduzluq ) maddəsi ilə təqsirli bilinir. O , ayrı ayrı şəxslərə adında olmayan torpaq sahəsini göstərib satmaqla yaxınlarda sənədi qanuniləşdirəcəyinə söz verərək, onların etibarından sui -istifadə etməklə pul alaraq mənimsəyib.

Həmid Abdıyev saxlanılan istitaqla müəyyən edilib ki , saxlanılan şəxs yaxın qohumu olan Novruzlu Naibəxanıma məxsus 4 ədəd şubanı alaraq satıb pulunu verəcəyinə söz verib. Lakin şubalar alınıb satılsa da pulu verilməyib. Saxlanılan şəxs isə cəmi 1 şuba aldığını və qadına 2200 manat borclu olduğunu etiraf edib. İstintaq Abıyevin vətəndaşlara 25.000 manatdan yuxarı maddi ziyan vurduğunu bildirir. Bu şəxsi görüb tanıyanlardan isə Suraxanı RPİ -də müraciət etmələri xahiş olunur.