Binəqədi rayonunda da bıçaqlanma hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, rayonun Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində 35 yaşlı Aruz Abdullayevin tanışı ilə mübahisəsi düşüb. Mühahisə zamanıda həmin şəxs Aruz Abdullayevə bıçaqla bir neçə zərbə endirərək hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırlıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.  Polis əmkdaşları yaralının ifadəsini alıblar. Verilən məlumata hadisənin törədənin kimliyi müəyyən edilib. Onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb.