“Azərbaycanda aviasiya monopoliyadadır, rəqabət mühiti yoxdur. AZAL Azərbaycan dövlət büdsəsinə ağır yükdür. Onun özəlləşdirilməsi istiqamətində addımların atılması vacibdir”.

“Report”un verdiyi xəbərə görə, bunu “Aviasiya haqqında” qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsinin bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünki iclasında müzakirəsi zamanı deputat Əli Məsimli bildirib.

Deputat Vahid Əhmədov da ölkədə alternativ şirkətlərin olmamasının AZAL-ın qiymət bahalaşdırmasına səbəb olduğunu qeyd edib.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov inhisarçılıqla bağlı səslənən fikirlərə cavab olaraq bildirib ki, Azərbaycanda uçuşların 52%-i xarici şirkətlər, 48%-i isə AZAL tərəfindən həyata keçirilir.

O, ümumilikdə 68 dövlətlə uçuşların yerinə yetirilməsi haqqında saziş imzaladıqlarını, lakin cəmi 22 dövlətlə hava əlaqərinin olduğunu vurğulayıb.

A.Məmmədov həmçinin AZAL-ın qiymətlərini baha olması ilə bağlı səslənən fikirlərə cavab verib: “AZAL tərəfindən uçuşun xərcləri yığılmırdı. AZAL beynəlxalq praktikadan istifadə edərək, müxtəlif qiymətlə uçuşlar təqdim edir. AZAL büdcəyə ağır yük olduğu halda belə, yetərli yığım yoxdur”.