Tovuzda həmyerlisini baltalayan tutulub. AzEuroNews.com-un məlumatına görə, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da şəhər sakini Kənan Qasımovun başına baltanın arxası ilə xəsarət yetirməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Elxan Qasımov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.