Sabunçu rayonunda ölümlə nəticələnən qəza baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Namiq Ələsgərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.