İmişlidə ölümlə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, rayon sakinləri Əbülfət Cəbrayılovun idarə etdiyi “Daevoo” və Əziz Bəyalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Bəyalıyevin xəstəxanaya yerləşdirilən sərnişini, həmyerlisi Nəriman Şahbazov orada ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.