Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEuroNews.com-un məlumatına görə, Şüvəlan qəsəbəsində 136 saylı avtobusla “Mercedes” markalı avtomaşın toqquşub. Nəticədə avtobusun sərnişini 1977-ci il təvəllüdlü İbrahimova Əntiqə Mübariz qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım maşını ilə 3 nömrəli xəstəxanaya çatdırılıb. İlkin müayinələr zamanı 40 yaşlı qadında qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi aşkar edilib. Zərərçəkmiş ilkin müayinələr aldıqdan sonra öz xahişi ilə ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində təhqiqat araşdırmalarına başlanılıb.