İmişlidə altımərtəbəli binada yanğın baş verib. AzEuroNews.com-un məlumatına görə, yanğın T.İsmayılov küçəsində yeni inşa edilmiş binanın 2-ci mərtəbəsində qeydə alınıb. Kazımov Elçin Ərşad oğlunun kirayədə qaldığı 140 kvadratmetr ərazisi olan  4 otaqlı mənzildə baş verən yağın güclü tüstü və yanğınla müşayət olunub. Hadisə yerinə gələn İmişli Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi yanğını söndürüb. Yanğın zmanı tüstüdən boğulma təhlükəsi ilə üzləşən yuxarı mərtəbədə yerəşən mənzildən ana və azyaşlı uşağı yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın nəticəsində  20 kvadratmetr sahəsi olan bir otaq  əşyalar birgə yanıb. Yanğın   binanın fasadına ciddi ziyan vurub.

Yanğına səbəb elektrik enerjisində baş verən qısa qapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

yan 1 yan 2