Tovuzda Post Patrul maşını ilə minik avtomobili toqquşub, bir nəfər ölüb. AzEuroNews.com-un məlumatına görə, hadisə rayon mərkəzinin girişində, Heydər Əliyev Prospektində baş verib. “Fiat” markalı Post patrul avtomobili yolu dönmək istəyən “VAZ 21011” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 21011″in  sərnişini Tovuz şəhər Eldəniz Quliyev küçəsində yaşayan 31 yaşlı Tural Əsgərov hadisə yerində dünyasını dəyişib. “VAZ 21011″in  sürücüsü Avaztəpə kənd sakini 25 yaşlı Rəşad Qədimalıyev isə, müxtəlif bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktı Tovuz Rayon Prokurorluğu araşdırır.