Bağdadın mərkəzində güclü partlayış olub.

“Report” “PressTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb.

İlkin məlumata görə, İraq paytaxtında “yaşıl zona”nın yaxınlığında bomba yüklü avtomobil partladılıb.

Şahidlər partlayışın çox güclü olduğunu, partlayışdan sonra yanğının başladığını xəbər verib.

“Al Sumaria” telekanalı 2 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.