Ukrayna prezidenti Pyotr Poroşenko Helsinkiyə səfəri zamanı rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Poroşenko Donbas azad olunmayınca Rusiya mətbuatına açıqlama verməyəcəyini bildirib.

“Ukraynalıları öldürməyə son qoyun və ərazimizi azad edin”, – deyə Poroşenko qeyd edib.

Bu sözlərin hansı jurnalistə ünvanlandığı barədə məlumat verilmir.