Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarın girov götürüldüyü haqda məlumatlar var.

Xəbəri Anadolu Agentliyi yayıb. Agentlik qeyd edir ki, qərargahda silah səsləri eşidilib. Havadakı helikopterdən isə idarənin həyətindəki şəxslərə zərbələr endirilib.

Generalın məhz bu hücum zamanı əsgərlər tərəfindən girov götürüldüyü deyilir.