Bu həftə iki türk serialı başlayacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Star TV-də başlayacaq serial “Yıldızlar Şahidim” adlanır. Ekran işinin baş rollarında Berk Cankat və Özge Gürel çəkilib.

Serial yanvarın 27-də start götürəcək.

“Adı Efsane” adlı digər serial isə yanvarın 28-də Kanal D-də başlayacaq. Ekran işinin baş rollarında Erdal Beşikçioğlu, Gökçe Bahadır və Rojda Demirer yer alıb.