İspaniyada paytaxt Madrid ətrafında şagirdləri daşıyan avtobus aşıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 uşaq xəsarət alıb.

Yol qəzası Fuenlabrada şəhərində baş verib. Avtobus dairəvi hərəkət olan yol kəsişməsində dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyib.

Leqanesdəki kollecə istiqamətlənən avtobusda 11-13 yaşlı 25 şagird olub.

Uşaqlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər onları müayinə edirlər.