Krit adasının yunan sahillərinin şərq hissəsində güclü zəlzələ baş verib.

“Report” “Qazeta.ru”ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Palaykastron şəhərindən 27 kilometr şərqdə yerləşib. Zəlzələ episentrdə “çox güclü” olaraq qeyd edilib.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir.