Fransanın Konstitusiya Məhkəməsi ermənilərin “soyqırım iddialarına qarşı çıxmağın cinayət sayılması” haqda qanunu ləğv edib.

“Report” Anadolu Agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarında nifrət və iğtişaşı təşviq edən qanunlara ehtiyac olmadığı vurğulanıb.

Konstitusiya Məhkəməsinin qərarında daha sonra bildirilib ki, həmin qanun cinayət əməli olmayan əməllərə görə cəzalandırmaya yol açır.