Respublikanın daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısına qarşı mübarizə sahəsində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. AzEuroNews.com-un məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elşən Məsimovdan 1,061 qram heroin götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları E.Məsimova narkotik vasitəni satan həmyerlisi, əvvəllər məhkum olunmuş Aslan Cəfərovdan 1,017 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 515 qram heroin aşkar edilərək götürülüb.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib.

Həyata keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini Kamil Məmmədov 1 kiloqram 520 qram tiryəki 9000 manata satmaq istəyən zaman saxlanılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb,  araşdırmalar davam etdirilir.

3a313a43-22d1-40e4-ab65-8d5b16df6bfe 58f79542-de7b-4c5d-9500-02fd5c59d59b e54e9e5b-91cb-42b3-8b15-24abd5645486 e966c3e9-3421-4751-993d-a449a09267bf f57cd1f8-8a55-4978-a58b-0848aee857d5