“Bu gün bir müğənni var ki, onun oxuduğunu, bəlkə, heç özü də başa düşmür. Amma 4-5 milyon adam dinləyib, hamının telefonunda var. Axı bunun nə musiqi anlayışı, nə ritmi, nə xarizması var. Ancaq subton oxuyur. Hətta oxumur da, sözün əsl mənasında ulayır. Buna görə də tamaşaçı baxır. Bu birilər ulamırlar, ona görə baxılmırlar. Təmiz, keyfiyyətli musiqini dinləyənlər çox azdır”. Showlife.Az-ın bu sözləri axsam.az-a açıqlamasında SOY Production-un direktoru Oqtay Əliyev deyib.
Showlife.Az məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, təşkilatçının “ulayır” dediyi müğənni Damla imiş. Belə ki, açıqlamada göstərilən 4-5 milyon baxışı sayını video portallarda müğənni Damla toplayıb.
Damlanın ifasını təqdim edirik: