Yamaykalı qısa məsafəyə qaçış ustası Useyn Bolt dopinq-testinin müsbət nəticə verməsi səbəbindən 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə estafet yarışlarında əldə etdiyi qızıl medalı geri qaytarmaq məcburiyyətində qalıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Bolt özü məlumat verib.

“Əlbəttə ki, medalı qaytarmalı olmağım xoş deyil, lakin bu Beynəlxalq Olimpiya Komitəsinin tələbidir. Ona görə mən artıq medalı qaytardım”, — deyə idmançı bildirib.