ABŞ-ın keçmiş prezidenti Barak Obamanın böyük qızı Maliya “Dakota Access” neft kəmərinin tikintisinin əleyhinə keçirilən etirazlara qoşulub.

AzVision.az “Daily Mail” agentliyinə istinadən xəbər verir ki, amerikalı aktrisa Şeylin Vudli mitinqə müstəqil gələn Maliyanı görəndə təəccüblənib.

Qeyd edək ki, D. Tramp “Keystone” və “Dakota Access” neft kəmərinin tikintisi layihəsinin bərpasına dair fərman imzalayıb. Fərman etirazlara səbəb olub.