Azərbaycanda müşahidə olunan faktivi hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 27-si gün ərzində və 28-i səhərədək ölkə ərazisində hava şəraiti yağıntılı keçib, qar yağıb, Böyük Qafqazın bəzi ərazilərində intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 2-24, Kiçik Qafqazda 8-14, Naxçıvan Muxtar Respublikasında 3-6, Lənkəran-Astara zonasında 1-12, Mərkəzi-Aran rayonlarında 1-10, Qazax-Gəncə zonasında 1-5 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 74, Ağdərədə 68, Şəkidə 30, Şahbuzda 27, Gədəbəydə 22, Daşkəsən, Qəbələ, Oğuz, İsmayıllıda 20, Şərurda 19, Zaqatala, Xaltanda 14, Altıağac, Göygöldə 10, Balakəndə 9, Qusarda 8, Naxçıvan, Rvarudda 7, Bərdə, Tərtərdə 6, Gəncə, Quba, Göyçayda 5, Beyləqan, Şamaxı, Lerik, Ordubadda 4, Bakı, Şəmkir, Gəncə AVİA, Şahdağ, Ağsu, Yardımlıda 3, Göytəpə, Tovuzda 2, Ağstafa, Ağdam, Xaçmaz, Biləsuvar, İmişli, Yevlaxda 1, Qubanın dağlıq ərazilərində 3-21 sm-ə çatıb.