Belə hesab edilir ki, qaynanmış yemək qızardılmışdan daha faydalıdır, bir çoxlarının sevimlisi olan kartof fri isə – dünyada ən zərərli yeməklərdən biridir. Amma bu əslində belədirmi?

AzEuroNews AdMe.ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələrini təqdim edərkən məlum oldu ki, qızardılmış kartof qaynanmışdan daha faydalı ola bilər — yalnız onun hazırlanması üçün sadə qaydalara riayət etmək lazımdır.

Qranada universitetindən (İspaniya) alimlər aydınlaşdırmaq üçün sınaq keçirdilər ki, necə tərəvəzlərin müxtəlif hazırlanma üsulları onların tərkibindəki polifenollara  — onkoloji xəstəliklərin riskini azaldan güclü antioksidantlara təsir edir.

Eksperiment zamanı kartofu, soğanı, badımcanları, ənginarları və bibərləri zeytun yağında bişirdilər, pörtlətdilər və qızartdılar, sonra isə müqayisə etdilər, hansı tərəvəzlərdə daha çox faydalı maddələr qalıb.

kartof-azeuro-1

Tədqiqatçıları sürpriz gözləyirdi: məlum oldu ki, daha çox suyun əlavə edilməsi olmadan zeytun yağında qızardılmış tərəvəzlərdə antioksidantlar saxlanılır. Məsələ ondadır ki, polifenollar və digər maddələr bişirmə zamanı tərəvəzlərdən bulyona keçirlər, zeytun yağında qızardanda isə onlar nəinki saxlanılırlar, həmçinin yağın tərkibində olanlarla da birləşirlər.

Ona görə də belə bir nəticə çıxarmaq olar ki, qaynadılmış kartofu istifadə etmək elə də faydalı deyil, axı o bişirmə zamanı faydalı maddələrin böyük bir hissəsini itirib. Halbuki, keyfiyyətli zeytun yağında hazırlanmış kartof fri, sizi öz parlaq dadıyla sevindirəcək və sağlamlığınıza xeyir gətirəcək. Əsas – hər şeyin həddini biləsən!