Görəsən qar yemək insan sağlamlığına ziyandırmı?

Ölkə.Az bu gün bu suala cavab verəcək.
İstanbul universitetinin “Təyyarə və Kosmos Elmləri Fakültəsi”-nin meteorologiya mühəndisliyi bölməsinin müəllimi professor doktor Mikdat Kadıoğlu bu məsələ ilə bağlı araşdırma aparıb. Professor bildirib ki, sənaye inqlabına görə bütün dünyada hava kirliliyi var və qar artıq yerə düşmədən, havada çirklənir. Onun sözlərinə görə, kənddə yaşayıram, havamız təmizdir demək mümkün deyil. Bu səbəbdən qətiyyən qar yemək olmaz.

Kadıoğlunun açıqlamasına əsasən, Anadoluda yaşayan insanlar qarı bəhməz və balla qarışdırıb yemək üçün qış mövsümünü gözləyirdilər. Artıq bunu etmək olmaz. İnsanlar qar haqqında çox az məlumata sahibdirlər. Sənaye inqlabına görə bütün dünyanın havası çirklənib:

“Qar artıq havada çirklənərək yerə düşür. Hər növ çirk və ağır metallara bulaşmış qar kristalları bir çox xəstəlik mənbəyi sayılır. Qətiyyən qar yeməyin”.