Türkiyənin Diyarbəkir vilayətində terrorçular ərzaq mağazasına qumbara ataraq hadisə yerindən qaçıblar.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub. Partlayış nəticəsində xəsarət alan yoxdur.

Polis qaçan terrorçuların yaxalanması üzrə əməliyyat aparır.