Tacikistanda qar uçqunları baş verib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Umeda Yusupova məlumat verib. Onun sözlərinə görə, uçqun nəticəsində 7 nəfər ölüb.

Məlumata görə, 40 qar uçqunu və güclü qar yağıntıları səbəbindən Düşənbə-Xudcand yolu bağlanıb.

Bildirilir ki, uçqunlara görə, 800-ə yaxın insan, 50 yük maşını və 150 avtomobil evakuasiya edilib.

qar-azeuro-2 qar-azeuro-3 qar-azeuro-4