Suraxanı rayonunda 34 yaşlı kişi boynundan bıçaqlanıb. AzEuroNews.com-un məlumatına görə, hadisə Binə Donuzçuluq sovxozunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Osmanov Nurlan Abas oğlu boyunun kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib. Ancaq xəsarətləri ağır olduğundan təcili tibbi yardım maşını ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına göndərilib. İlkin müayinələrdən sonra zərərçəkmiş cərrahiyyə əməliyyatı olunub, hazırda vəziyyəti orta ağırdır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə məlumat verilib. Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.