Xəbər verdiyimiz kimi, yanvarın 28-dən başlayaraq yanvarın 30-dək Naxçıvan Muxtar Respublikasının ərazisinə güclü qar yağıb. Muxtar respublikanın bəzi bölgələrində qar yağışı daha intensiv olub.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən naxcivantv.az – a verilən məlumata görə, Naxçıvan şəhərinə 32, Şahbuz rayonuna 39, Şərura 33, Sədərəyə 25 santimetr qar yağıb.

Muxtar respublikanın dağlıq ərazilərində hətta 80 santimetrədək qar yağışı müşahidə edilib. Belə ki, Şahbuz rayonunun Biçənək və Kükü kəndlərinə 75, yüksək dağlıq ərazilərə isə 80 santimetr qar yağıb.