Abşeron rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzEuroNews.com-un məlumatına görə, hadisə Digah qəsəbəsində qeydə alınıb. 70 yaşlı Rüstəm İsgəndərov çox saylı xəsarətlərlə xəstəxanaya gətirilib. Yaralıya tibbi yardım göstərilib və palataya yerləşdirilib. Hadisə barədə xəbər tutan polis xəstəxanaya gəlib. Rüstəm İsgəndərov ifadəsində bildirib ki, yolu keçən zaman onu avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. Havanın qaranlıq olması səbəbindən onu vuran avtomobilin dövlət nömrə nişanını görə bilməyib.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində araşdırmlara başlanılıb.