Kanadalı Melissa Benua kistoz fibrozu ilə doğulub və ağır ağciyər infeksiyası ilə aprel ayının əvvəlində xəstəxanaya yerləşdirilib. Həkimlər onun yalnız bir neçə saat yaşaya biləcəyini hesab edirdilər, lakin onlar onun ağciyər köçürülməsini gözlədiyi vaxtda, radikal cərrahiyyə əməliyyatını sınamaq qərarına gəliblər və ağciyərini çıxardıblar.

AzEuroNews newsinlevels.com-a istinadən xəbər verir ki, qadına yeni ağciyərlər köçürülənə qədər o, 6 gün müddətində texnoloqiya vasitəsilə qanın dövr etməsi və oksiqen verilməsi təmin edilib və xəstə sağ qalıb.

O, hazırda sağalır və hər gün birazda yaxşı olur. O, hətta əl ağacının köməyi ilə gəzməyə başlayıb.