Müğənni Kibariye “Ben söylerim” proqramında ingiliscə mahnı oxuyub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, mərhum müğənni Uitni Hyustonun “I Will Always Love You” mahnısını ifa edib.

Verilişdə aparıcı Çağla Şikel iştirakçıdan bir qədər uca səslə danışmasını istəyib. O isə alçaq səslə “Xoş gördük” deyəndə Kibariye “Səs elə verilməz, belə verilər” deyərək mahnıya başlayıb.

Müğənninin ifası tamaşaçılar tərəfindən alqışla qarşılanıb.