Xalq artisti Brilliant Dadaşova yeni mahnısını dinləyicilərinə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, “Bu şəhərdən qaçaq” adlı musiqi parçası xalq artistinin repertuarında fərqli janr olmasına baxmayaraq mahnı qısa müddət ərzində sosial şəbəkə istifadəçiləri və peşəkarlar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, mahnının musiqisi və istehsalı 2010-cu ildə Moldovanı “Avroviziya” mahnı müsabiqəsində böyük uğurla təmsil edən “Sunstroke Project” qrupunun ulduzları Anton Ragoza və Sergey Yalovitskiyə , aranjman isə Michael Raya məxsusdur.