ABŞ prezidenti Donald Tramp Avtraliyanın baş naziri Malkolm Ternbulla keçirdiyi telefon danışığını bərbad adlandırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iki liderin telefon danışığı 1 saat planlaşdırılsa da, Tramp artıq 25-ci dəqiqədə telefonun dəstəyini asıb.

Buna qədər isə Ternbul bu danışıqların onun üçün ən bərbad danışıqlar olduğunu deyib.

Ehtimal olunur ki, Avstraliya hökumət rəhbərinin ölkədəki bir neçə min qaçqının ABŞ tərəfindən qəbul olunacağı ilə bağlı öhdəliyi xatırlatması Trampın qəzəbinə səbəb olub.