ABŞ prezidenti Donald Trampın nəvəsi Arabella çin dilində mahnı oxuyub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İvanka Tramp qızına öyrətdiyi mahnı ilə Çinin “Yeni İl” festivalını təbrik edib.

O, çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. Prezident isə nəvəsinin ifasına “Arabella Çinin “Yeni İl”i üçün öyrəndiyi mahnını oxudu. Hər kəsin möhtəşəm bir il keçirməsini diləyirəm” şərhini yazıb.

Bundan sonra mətbuatda “Çin ilə ABŞ arasındakı münasibətlər düzələcəkmi?” sualı ortaya çıxıb.