Bu gün Maltada Avropa İttifaqı ölkələri liderlərinin ikigünlük qeyri-rəsmi sammiti başlayır.

“Report” xəbər verir ki, görüşdə əsasən Böyük Britaniyanın ittifaqdan çıxışı və miqrasiya böhranı müzakirə olunacaq.

Liderlər qaçqınların Liviyadan İtaliyaya köç etməsi marşrutuna nəzarət məsələsinə xüsusi diqqət ayıracaqlar.

Dövlət və hökumət başçıları miqrantlarla bağlı vəziyyəti nəzarət altına alacaq mexanizm hazırlamağı planlaşdırırlar.