Rusiyadakı spirtli içkilər istehsalçıları yaxın və uzaq xarici ölkələrdə istehsal etdikləri məhsullar üçün bazar axtarışındadırlar.

Virtualaz.org “Vzqlyad” internet nəşrinə istinadən xəbər verir ki, ekspertlər Azərbaycan bazarını bu seqment üçün perspektivsiz hesab edirlər. Buna səbəb kimi manatın devalvasiyasından sonra idxal məhsullarının bahalaşması və yerli istehsalçıların ən tələbkar zövqə uyğun məhsul buraxmaq iqtidarında olmaları göstərilir.

Statistik göstəricilərə görə isə, əgər 2015-ci ildə Rusiyadan Azərbaycana 1,05 milyon dollarlıq araq icxrac edilmişdisə, bir il sonra bu göstərici cəmi 660 min dollar təşkil edib.