Türkiyədə Egey dənizi sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

AzEuroNews “Haber7”yə istinadən xəbər verir ki, yeraltı təkanların mərkəzi Çanaqqala bölgəsinin Ayvacıq rayonunun Gülpınar kəndində olub.

Yeraltı təkanların mərkəzi 7,5 km. dərinlikdə yerləşib. Gülpınar kəndində bəzi evlərin divarları uçub. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsndə xeyli heyvan tələf olub.

İnformasiyaya əsasən, zəlzələ İzmir, Bursa və İstanbulda da hiss edilib.