Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib. AzEuroNews.com-a  bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir.

“Sözügedən hissədə yol 40-50 sm çöküb. Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə “Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub” deyə A. Nəcəfli bildirib.

Qeyd edək ki, hazırda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.