“20 iyuldan etibarən Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bakı-Samandra-Bodrum, Bakı-Samandra-İzmir, Bakı-Samandra-Kuşadası istiqamətində reyslər həyata keçiriləcək”.

Bu barədə “APA-Economics”ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı məlumat verib.

“Şəhərin məsafəsindən asılı olaraq səfər saatı 30-40 saat arasında dəyişəcək. Biletin qiyməti 120 manat təşkil edəcək. Baqaj da biletə daxildir”, – deyə Ş.Mehmanqızı əlavə edib.

Qeyd edək ki, reyslər həftənin II, IV, VI günlər həyata keçiriləcək.