Ayam semani cinsli xoruz əslən İndoneziyadandır və o, tamamilə qaradır. Onun yalnız lələkləri deyil, həmçinin daxili orqanları və ümumiyyətlə bütün əzələləri tamamilə qaradır!

AzEuroNews AdMe.ru -ya istinadən bunun necə baş verdiyini araşdırıb:

xoruz-azeuro-1

Greenfire fermasından Pol Bredşounun sözlərinə görə, bu genetikayla bağlıdır. Bu xoruzun orqanizmi adi toyuqlarla ilə müqayisədə 10 dəfə çox melanin istehsal edir, və ona görə o, hətta daxilindən də qaradır.

Bu növ cücələri qidada istifadə etmək üçün yetişdirmirlər. Burada bunlar demək olar ki, müqəddəs quşlardır və unikal xüsusiyyətlərinin qorunması üçün saxlanılırlar. ABŞ İndoneziyadan diri cücələrin idxalını qadağan edib.

toyuq-azeuro-1 toyuq-azeuro-2 xoruz-azeuro-3