Siz niyə 2017-ci ildə Avropaya getməli olduğunuz haqda düşünsəniz kifayət qədər səbəb tapa bilərsiniz.Əlbətdə gedə biləcəyiniz bir çox ölkə var, hər birinin unikal mədəniyyəti və gözəl landşaftı var, ancaq bu gözəl yerlərdən hansını seçməlisiniz? Avropa ölkələrinin nisbətən kiçik və bir-birinə yaxın olması sizə birdən çox ölkəni ziyarət etməyə imkan verir.

AzEuroNews luxury-europe-news.com-a istinadən xəbər verir ki, həyəcanlanıb Avropa macərasına atılmazdan qabaq, bunu yaxşıca planlaşdırmağı unutmayın. Beləliklə, səfərə getməzdən əvvəl nələri bilməlisiniz?

xerite-azeuro-1

Pasportunuzu unutmayın

Hər hansı bir ölkəyə səfər etmək üçün sizə etibarlı pasport lazımdır. Siz bəlkə də bilmirsiniz ki, bəzi Avropa ölkələrinə səfər etmək üçün sizin pasportunuz gedişinizdən sonra ən azı altı ay ərzində qüvvədə olacağından əmin olmaq lazımdır. Beləliklə, hətta sizin pasportunuzun etibarlılıq tarixi siz gedib gəlməyi planlaşdırdığınız müddətdən sonra bitsə belə, bu kifayət deyil. Sizin sənədinizdə 6 ay etibarlılıq müddəti olmadıqda, siz seçdiyiniz ölkəyə buraxılmayacaqsınız.

Vizaları araşdırın

Əgər siz başqa bir qitədən səfər edirsinizsə, sizə əksər Avropa ölkələrinə daxil olmaq üçün  viza lazımdır. Ola bilsin ki, sizin səfər edəcəyiniz ölkədə yeni Avropa vizası keçərlidir. “Avropa Turizm İnformasiya və İcazə Sistemi” kimi bilinən yeni sistem Şengen vizası istifadə edən bir çox Avropa ölkəsində qəbul edilib. Bu sistem eyni azad Amerika vizası kimi işləyir. Siz unutmayın ki, hər bir ölkənin öz giriş tələbləri var və getməzdən əvvəl bütün lazımi sənədlərə sahib olduğunuzdan əmin olmaq üçün hərtərəfli tədqiqat aparmalısınız.

arno-azeuro-1

Avro və digər məzənnələri araşdırın

Avro neçə ildir ki, bir çox Avropa ölkəsinin qəbul etdiyi məzənnədir. Əgər siz avro istifadə edilən ölkəyə gedirsinizsə, sizin işiniz asandır, sizə yalnız bir dəfə pul mübadiləsi aparmaq lazım olacaq. Əgər siz Avro işlənməyən bir yerə səfər edirsinizsə, işlər biraz çətinləşəcək. Sizə bir neçə dəfə pul dəyişmək lazım ola bilər və valyuta məzənnələrinin müxtəlifliyi sizə baha başa gələ bilir. Bu problemlə üzləşməmək üçün ən yaxşısı siz nəğd pulunuz öz ölkənizdə qabaqcadan tələb olunan məzənnə ilə dəyişdirin.

Tək səyahət etməkdən qorxmayın

Sizinlə Avropaya gedəcək dostlar tapa bilmirsiniz? Problem deyil, tək gedin. Tək səyahət etmək indi çox dəbdədir və tək səyahət etməyi seçən səyahətçilərin sayıda artıb. Əgər sizin yataqxanada qalmaq fikriniz varsa, siz mütləq orda yeni səyahət dostları tapacaqsınız. Avropanın böyük yatqxana şəbəkəsi var və orada qalan bir çox insan asanlıqla bir ölkədən digərinə səfər edir. Ola bilsin ki, sizin bir neçə belə yol yoldaşınız olsun!