Nərimanov polisi avtomobilləri qarət edən dəstəni zərərsizləşdirib. AzEuroNews.com-un məlumatına görə, Bakı şəhər sakini Səbuhi Əhmədov polisə müraciət edərək fevralın 1-də Nərimanov rayonunun ərazisində ona məxsus “Hyundai” markalı avtomobildən içərisində 134.000 rus rublu və sənədlər olan çantaların naməlum şəraitdə oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Bölməsi (PB) və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Xəlilov və Qusar rayon sakini Liza Hacıxanova saxlanılıblar. İlkin ifadələri zamanı saxlanılan şəxslər törətdikləri cinayətləri etiraf ediblər.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

4dcd9b2d-7c24-4d38-89d6-3a67b85569cd 46cca7b5-736c-417d-bcbd-5e5d858c7345 4891f829-bb59-417d-816d-05100c08bdc3 38717d96-0c2b-4f0e-9856-587cf4305ca4