Belarusun İrəvandakı səfirliyinin qarşısında bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə etiraz olaraq nümayiş keçirilib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, səfirlik qarşısında keçirilən nümayişdə deputatlar da iştirak edib.

Müxalif deputat Nikol Paşinyan “qısa müddət ərzində Ermənistanı tərk et” tələbi yazılmış bəyanatı səfirliyə təqdim etməyə çalışıb. Səfirliyin əməkdaşları səfirin hazırda işdə olmadığını və bu səbəbdən bəyanatı qəbul edə bilməyəcəklərini deyiblər.

Səfirliyin qarşısına toplaşanlar Belarus səfirinin ünvanına “Rədd ol!” şüarı səsləndiriblər.