Müğənni Səməd Səmədov yaradıcılığında yenilik edib.

Sənətçi sözləri Gülnar Sultanovaya, musiqisi, aranjimanı Fərid Kərimliyə məxsus “Gecə sənə görə yatmıram” adlı mahnını dinləyicilərin ixtiyarına verib.

“Səməd müəllim bu il yaradıcılığında bir çox yeniliklər edəcək. Fərqli janrlara müraciət edəcək. Bundan başqa, yeni layihə üzərində də işlər gedir. Bu gün “Gecə sənə görə yatmıram” adlı mahnını təqdim edirik. Bu son deyil, xalq artistinin yaxın müddətdə daha bir yeniliyi gözlənilir. Sürprizə hazır olun”, – S.Səmədovun prodüseri Rövşən Cəfərov deyib.