Fransanın şimal-qərbindəki Flamanvil Atom Elektrik Stansiyasında partlayış baş verib.

APA-nın xəbərinə görə, Fransa mənbələri partlayış nəticəsində radioaktiv sızıntı təhlükəsinin olmadığını bildiriblər. Partlayışdan sonra yanğın başlayıb, lakin atom reaktorları olan sahəyə yayılmayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və həkimlər göndərilib.