Oskar mükafatı almağa namizəd olanların şərəfinə verilən nahar yeməyi mərasimində məşhurlar göz alıcı geyimləri ilə diqqət çəkiblər. Əgər Oskar nominantlarının naharında ən yaxşı geyinənləri taclandırası olsaq, şübhəsiz ki, ilk iki yeri Rus Nega və Mişel Uiliams tutar.

AzEuroNews usatoday.com-a istinadən xəbər verir ki, Nega vintaj tərzindəki köynəyini A-formalı ətək və pastel tonlarında aksesuarlarla uyğunlaşdırmışdı.

Uiliams bir çiyni açıqda qalan Luiz Viton imzalı geyimi və platin rəngli saçları ilə çox dəbdəbəli görünürdü.