“Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo xeyirxah addım atıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 32 yaşlı futbolçu Portuqaliyada yerləşən heyvanlar evinə köməklik edib. O, geyindiyi “futbolka”larından birinin üzərinə imzasını ataraq, onu həmin ünvana göndərib.

80 itin yaşadığı heyvanlar evinin yiyəsi Lilian Santov deyib ki, hədiyyəni hərracda sataraq, əldə olunan pulla baytarların maaşını verəcək və itlərə yem alacaq.

Santov Ronaldonun bu hərəkətini yüksək qiymətləndirib. O, “Kriştiano olmasaydı, itlər ölə bilərdi” deyib.