Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşıb. Ötən il qiymətləri kəllə-çarxa çıxan telefonlar hazırda nisbətən ucuz qiymətə müştərilərə təklif olunur.
Telefon satışı ilə məşğul olan İsmayıl Əhmədov azvision.az-a bildirib ki, “Samsung” və “iPhone” markalı telefonların qiyməti daha çox ucuzlaşıb.
Satıcının sözlərinə görə, son günlər telefon bazarında qiymətlər hiss ediləcək dərəcə aşağı düşüb. Belə ki, “iPhone” modelləri 50-100 manat endirimlə satışa çıxarılıb.
“Samsung”un ən çox üstünlük verilən “J” versiyası 450-580 AZN-ə alıcılara təklif olunur. Digər modellərdə də qiymətlərin dəyişdiyi bildirilir.
“Samsung”un müxtəlif modellərinə minmum 20-30 manat endirim tətbiq edilib. Nisbətən bahalı telefonların qiymətləri 50 manatadək aşağı salınıb.
Satıcılar hesab edirlər ki, qiymətlərin ucuzlaşması bazarda canlanmaya səbəb olub. Əvvəlki günlərlə müqayisədə alıcılıq qabiliyyəti yüksəlib.
telefon-azeuro-1 telefon-azeuro-2 telefon-azeuro-3