Qaradağda ölümlə nəticələnən qəza baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Ələt qəsəbəsində qeydə alınıb.

Hadisə zamanı 1957-ci il təvəllüdlü Neftçala rayon sakini Həbibov Nəriman Salman oğlu dünyasını dəyişib. Qəza yerinə Respublika Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Qeyd edək ki, dünyasını dəyişən  “VAZ 21703” markalı avtomaşının sürücüsü olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.